BEYNƏLXALQ TƏŞKİLAT JURNALİSTİ R.BAYRAMOVU MÜDAFİƏ EDƏCƏK
Beynəlxalq təşkilat "İslam Mətbuatı İttifaqı" İslamazeri.az-ın baş redaktorunun həbsini pisləyib
17-12-2011 / 16:22
FaktXeber.com xəbər verir ki, bir müddət əvvəl yaradılmış “İslam Mətbuatı İttifaqı” İslamazeri.az-ın həbsdə olan baş redaktoru Ramin Bayramovu müdafiə edəcək. Məlumatı "Crescent" jurnalı yayıb.
Belə ki, təşkilat tərəfindən açıqlanan bəyanatda bildirilir ki, Azərbaycanda www.islamazeri.az internet qəzetinin baş redaktoru Ramin Bayramova qarşı olan əsassız ittihamlar aradan qaldırılmalıdır. İslam Mətbuatı İttifaqı müasir qlobal problemlərdə İslam perspektivini təqdim edən jurnalistlərin hüquqlarını müdafiə etmək üçün hərəkətə rəhbərlik edəcək. İslam Mətbuatı İttifaqı müsəlman jurnalistlərinə kömək etmək üçün qlobal auditoriyaya bu barədə xəbərlər ötürür və bütün dünyanı bu haqsızlığa qarşı çıxmağa səsləyir.
Bəyanatda o da bildirilir ki, jurnalistlər peşə fəaliyyətinə görə təqib olunmamalı və həbs edilən Ramin Bayramov azad olunmalıdır. “Beynəlxalq konvensiyalara qoşulan bir ölkə kimi Azərbaycan mətbuat azadlığına hörmətlə yanaşmalı və bu cür həbslərə və təqiblərə son qoymalıdır. Biz İslam Mətbuatı İttifaqı olaraq bu addımları pisləyir və həbs olunan baş redaktora azadlıq tələb edirik. ”
Qeyd edək ki, oktyabr ayında yaranan təşkilat bütün dünyada müsəlman jurnalistlərin əlaqələrinin genişlənməsi və beynəlxalq arenaya çıxmasına yardım etməyi öz üzərinə vəzifə olaraq götürüb. Eyni zamanda hüquqları pozulmuş jurnalistlərin müdafiəsi də təşkilatın əsas prinsiplərindəndir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.