"Bəzi müxalifət liderləri bildirirlər ki, hakimiyyət bizə regionda vəziyyətin pis olduğunu söyləyir. Hakimiyyətin, "bizi çox sıxmayın, yaxın günlərdə kütləvi əfvlə hamını azadlığa buraxacağıq" vədlərinə inanırlar. Təəssüf ki, Azərbaycanda bu cür ideallar və təkliflərə hələ də inanan müxalifət liderləri var"
17-12-2011 / 15:22
Ölkədə olan demokratik düşərgəyə qarşı basqılar növbəti dəfə baş qaldırıb. Belə ki, dünən AXCP-nin Cəlilabad komitəsinin sədrinə müəyyən bəhanələrlə 10 sutkalıq həbs cəzasının verilməsi, metroda aksiya keçirən gənclərin polis bölmələrinə çağırılması, eyni halda orta məktəblərdə hicablı şagirdlərin siyahıya alaraq dini qadağaların daha da sərtləşdirilməsini buna misal göstərmək olar.
Bəs hakimiyyətin dünyada baş verən proseslərin fonunda vəziyyəti bu qədər gərginləşdirməyə yönəlik addımlar atmasının səbəbi nədir? Mövzu ilə bağlı FaktXeber.com-a açıqlama verən “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu maraqlı fikirlər səsləndirdi.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.