"Sivaspor" ilə "Gənclərbirliyi" qalibiyyətlərini, "Fənərbaxça" və "Trabzonspor" derbilərini qazanmaqla gözəlləşdirən "Qalatasaray" 16-cı həftədə "Ordupsor"u da 2-0-la məğlub etdi
17-12-2011 / 11:11
FaktXeber.com-un verdiyi məlumata görə, "Qalatasaray"ın bu mövsümki ən böyük müsbəti, son illərdə itirdiyi qalibiyyət vərdişini yenidən qazanması və qapısını toxunulmaz saxlamasıdır. Böyük komandalar qapısını toxunulmaz saxladığı vaxt oyunu qazanır. Rəqib meydanda 7 oyundur qapısından top buraxmayan "Aslan", "Orduspor"a da bu şansı verməyib. "Sarı-Qırmızılı" komanda oyunu Elmander-Baroş cütlüyünün gözəl oyunuyla rahat şəkil qazanıb. Hazırda yaxşı oyun göstərən Elmander yalnız "Qalatasaray"ın deyil, liqanın ən yaxşı transferidir... Milan Baroş da dünən axşam Türkiyədəki ən yaxşı performanslarından birini göstərib.
Oyunda vurulan qollar 22-ci dəqiqədə Baroşun, 67-ci dəqiqədə isə Kazım Kazımın adına yazıldı.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.