Dekabrın 16-da Bakı Apellyasiya Məhkəməsi əvvəlki hökmü qüvvədə saxlayıb
17-12-2011 / 10:44
FaktXeber.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində 2 aprel məhbuslarından Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, partiyanın Gənclər Təşkilatının sədri Tural Abbaslı, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı və təşkilatın şöbə müdiri Məhəmməd Məcidlinin işi üzrə proses başa çatıb.
“Media forum”un məlumatına görə, dekabrın 16-da Bakı Apellyasiya Məhkəməsi əvvəlki hökmü qüvvədə saxlayıb. Oktyabrın 3-də Səbail Rayon Məhkəməsi Arif Hacılı, Məhəmməd Məcidli, Tural Abbaslını 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmiş, Fuad Qəhrəmanlıya isə 2 il müddətinə şərti cəza vermişdi.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.