Viktoriya ilk dəfə balaca Ronzillanı Avropa Parlamentinə gətirəndə qızcığac cəmi bir neçə həftəlik idi
16-12-2011 / 18:34
Faktxeber.com-un verdiyi məlumata görə, Viktoriya ilk dəfə balaca Ronzillanı Avropa Parlamentinə gətirəndə qızcığac cəmi bir neçə həftəlik idi. O, bütün iclas boyu yatmışdı.
Qeyd edək ki, Parlamentin qanunlarına görə, xanımlar uşaqlarını özləri ilə işə gətirə bilərlər.
Artıq 7 aylıq olan Ronzilla anası üçü demək olar ki, heç bir problem yaratmır. Sakitcə Viktoriyanın dizləri üstündə oturaraq gah telefondan gələn meyllərə anlayırmış kimi baxır, gah da öz meyvə payını yeməklə başını qatır.
Viktoriya bir dəfə müsahibəsində demişdi: «Çox qəribədi. Avropa Parlamentində çoxdan işləməyimə baxmayaraq, heç bir zaman mətbuat mənimlə maraqlanmayıb. Ancaq işə övladımla gələndən sonra hər kəs məndən müsahibə götürmək istəyir».
O, uşağı iş yerinə gətirməyini siyasətlə deyil, analıq instikti ilə bağlı olduğunu da bildirib: «Mən qızımla daha çox vaxt keçirmək istəyirdim. Bundan əlavə, insanlara xatırlatmaq istəyirəm ki, bəzi qadınlar işləməyə məcburdur, ancaq övladlarını ofisə aparmaq imkanları olmur. Biz bu barədə bir tədbir tökməliyik».
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.