Türkiyənin Trabzon şəhərində yaşayan Həsən Alagözün pasport qeydiyyatında 103 yaşı var, ancaq özü əsl yaşının 127 olduğunu söyləyir
16-12-2011 / 17:59
Xəstəxanaya 127 yaşında ilk dəfə gəldiyini söyləyən Həsən Alagöz, tənəffüs çatışmazlığı şikayəti ilə gəldiyi Trabzonun Ahi Kainat Ürək Damar Cərrahiyəsi Təhsil və Araşdırma Xəstəxanasında müalicə alır. FaktXeber.com-un "Hürriyet"ə istinadən verdiyi məlumata görə, həkimlər onun sağlamlığının son dərəcə yaxşı olduğunu söyləyirlər.
İki evlilikdən 9 uşağının varlığını və ən böyüyünün 100 yaşı olduğunu söyləyən Alagözü müayinə edən Dr.Zeydin Acar, xəstənin tənəffüs çatışmazlığı şikayəti ilə gəldiyini və peşə fəaliyyətində ilk dəfə bu qədər yaşlı xəstəsi olduğunu bildirib.
Alagözün ürəyinin çox yaxşı vəziyyətdə olduğunu vurğulayan Dr.Acar, "xəstəmiz təcili xidmətə gəldikdə bizə tənəffüs probleminin olduğunu söylədi. Apardığımız müayinə nəticəsində ürək çatmazlığı və sətəlcəm də aşkarladıq. Ürək çatmazlığını müalicə etdik, hazırda yaxşıdır, tənəffüs problemi də düzəlib. Ürək baxımından çox yaxşı bir vəziyyətdədir. "Bunun sirrinin nə olduğunu" soruşduqda, bizə vaxtaşırı bal yediyini söylədi. İnşallah bir-iki gün sonra xəstəxanadan çıxacaq",- deyib.
Əsl yaşının 127 olduğunu söyləyən Həsən Alagöz isə Atatürkün Samsuna gəldiyi vaxt 3 uşağının olduğunu söyləyərək, "yaşım 127 oldu. İki dəfə evlənmişəm. Bu evliliklərdən 9 uşağım oldu. Bunlardan 4-ü sonra öldü. Ən böyüyünün 100 yaşı var. Nəvələrimin sayını isə xatırlamıram. İndiyə qədər heç vaxt xəstəxanaya getməmişəm. Allah hamınıza can sağlığı versin", - deyib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.