"Azərbaycanda pul qazanmaq üçün bütün mənəvi dəyərlər ayaqlar altına atılır"
16-12-2011 / 16:10
Bildiyimiz kimi spirtli içkilərin insan orqanizminə vurduğu ziyan həkimlər tərəfindən dəfələrlə sübut olunaraq ictimaiyyətə elan edilib. Eyni halda spirtli içkinin yaratdığı fəsadı bir neçə gün bundan əvvəl Xaçmazda baş verən cinayət hadisəsində də şahidi olduq. Belə ki, Xaçmazda yaşayan 39 yaşlı ata spirtli içki qəbul etdikdən sonra iki az yaşlı qızına qarşı dəfələrlə təcavüz edib. Maraqlıdır, görəsən bu qədər problemlər yaratdığı halda, nəyə görə Səhiyyə Nazirliyi tərəfindən spirtli içkilərin üzərində onun ziyanlı olması barəsində xəbərdarlıq yazılmır?
Mövzu ilə əlaqədar FaktXeber.com-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov, bununla bağlı Azərbaycanda heç bir qanunun təsbit olunmadığını bildirdi.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.