FaktXeber.com-un verdiyi məlumata görə, 11 ölkənin ortaq olduğu və "tarixin ən bahalı müdafiə layihəsi" kimi xarakterizə edilən F-35 qırıcı təyyarəsinin istehsalı təhlükəylə üzləşib. Türkiyənin də 11 milyard dollar ödədiyi və ABŞ üçün xərci indidən 388 milyard dollara başa gələn layihənin ortaya çıxan çoxlu sayda problemə görə dayandırılma təhlükəsi yaranıb.
Bir təyyarə 156 milyon dollardır
Layihə 2003-cü ildə "müharibədəki hər məqsəd üçün müxtəlif təyyarə hazırlamağın bahalı olmasına görə, bir təyyarənin bütün vəzifələri yerinə yetirməsi məqsədiylə" ortaya atılıb. Bu layihə sayəsində başda ABŞ olmaqla bir çox ölkə hava flotlarını tamamilə dəyişdirəcəkdi. İlkin olaraq layihədə hər bir təyyarənin 89 milyon dollara başa gələcəyi hesablanmışdı. Ancaq vaxt uzandıqca xərc artdı. Bugünkü hesablamalara görə, təyyarənin xərci 156 milyon dollardır. Bunun bir qədər də arta biləcəyi deyilir. Xərclərdəki bu iki dəfəyə çatan artım, layihə iştirakçılarının büdcələrinə böyük təsir edib.
"Layihə nəzərdən keçirilsin"
Söylənilənlərə layihədə ortaya çıxan texniki problemlər də əlavə etsək, F-35 xəyalı de getdikcə çətinləşməyə başlayır. ABŞ Müdafiə Nazirliyinin internetə sızan daxili yazışmalarına görə, layihədə aşkarlanan, ancaq hələ də həlli edilməmiş 13 böyük səhv var. Yazışmada "aparılan araşdırma nəticəsində tədarük və istehsal planlarının ciddi şəkildə yenidən nəzərdən keçirilməsi" tövsiyə olunur. Layihənin mətbuat əlaqələndiricisi Joe Della Vedova, istehsal müddətinin bir qədər də arxa plana keçiriləcəyini söyləyib.
Ancaq müdafiə büdcəsi mütəxəssisi Winslow Wheeler ortaya çıxan problemlərin "ancaq layihənin zibilliyə atılmasıyla həll edilə biləcəyini" söyləyib. Wheeler "aşkarlanan problemlərin sayı və ölçüləri F-35 istehsalının ləğv edilməsi üçün kifayətdir", - deyə bildirib.
Tarazlıq və yanğın riski var
- Kaskadakı monitor sistemi uyğun şəkildə işləməyir.
- Yanacaq çənlərindəki nasosla sistemi yanğın təhlükəsinə qarşı müdafiəsizdir.
- Enerji sığortası etibarlı deyil.
- Sürəti azaltmağı hesablanmış qarmaq işləmir.
- Təyyarənin radara düşməmək mövzusunda çatışmazlıqları var.
- Qanad quruluşu və möhkəmliyi istənilən səviyyədə deyil.
- Mexaniki quruluşu istifadə müddətinə uyğun deyil.
- Yalnız uçuş testlərində aşkarlana biləcək səhvlər var.
- Proqramı, istehsalı planlaşdırılan vaxtdan geri qalır.
- Həddindən artıq çəki və tarazlıq problemləri var.
- Soyutma problemləri var. Pilotun olduğu yer və idarə mexanizmləri kifayət qədər soyudulmur. Temperaturun artması əlavə ziyanlara səbəb ola bilər.
- Avtopilot düz işləmir.
- İldırımdan mühafizə sistemi qeyri-kafidir və bəzi bölgələri hissələri ümumiyyətlə müdafiəsizdir.
Kimim payına neçə təyyarə düşürdü?
- ABŞ: 2 min 443
- İngiltərə: 138
- İtaliya: 131
- Türkiyə: 100
- Avstraliya: 100
- Hollandiya: 85
- Kanada: 80
- Norveç: 48
- Danimarka: 48
Həmçinin İsrail və Sinqapur da layihəyə dəstək vermişdi.
Əli Hüseynli