Beynəlxalq Futbol Tarixi və Statistika Federasiyası (BFTSF) dünya səviyyəsində son 10 ilin ən çox qol vuran oyunçularını açıqlayıb
15-12-2011 / 17:12
Faktxeber.com-un verdiyi məlumata görə, siyahıda birinci yerdə "Malaga"nın hücumçusu Ruud Van Nistelrooydur. Hollandiyalı futbolçu 2001-2010-cu illəri əhatə edən dövrdə 86 qolla ilk pilləyə sahib olub.
2-ci yerdə 85 qolla fransalı Thierry Henry qərarlaşıb. 3-cü sıraya isə vurduğu 83 qolla Didier Drogbaya nail olub. Alman hücumçu Miroslav Klose 81 qolla siyahıda 4-cü, 79 qolla Kamerunlu Samuel Eto'o isə beşinci olub.
Siyahıdakı ən çox qol vuran ispan hücumçu Raul 71 qol vurub.
"Qalatasaray" klubunda oynayan Milan Baroş Baros isə 54 qolla 23-cü yeri Robert Davi Keanelə bölüşür. "Barselona"nın argentinalı ulduzu Messi 50 qolla siyahıda 35-cidir.
İlk 25 yerin 18-ni avropalı futbolçular, 4-nü cənubi amerikalı, 3-nü afrikalı və 1-ni də orta amerikalı futbolçu təmsil edir.
Siyahı təyin olunarkən bu meyarlara diqqət edilib:
Oyunçuların Milli Komandada vurulan qollar
Olimpiyada turnirlərində vurulan qollar
FIFA Dünya Kubokunda vurulan qollar
UEFA, CONMEBOL, CONCACAF, AFC, CAF və OFC-nin təşkil etdiyi klublar arası qitə çempionatlarında vurulan qollar
Qitələrin Super Kubok oyunlarında vurulan qollar
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.