Bu gün Milli Konservatoriyada Azərbaycanın xalq artisti Qədir Rüstəmovla vida mərasimi keçirilib
15-12-2011 / 17:00
Faktxeber.com-un məlumatına görə, bu gün Milli Konservatoriyada Azərbaycanın xalq artisti Qədir Rüstəmovla vida mərasimi keçirilib. Vida mərasimi saat 13:00-dan 15:00-a kimi davam edib. Vida mərasimin çıxış edən Mədəniyyət naziri Əbülfəz Qarayev, xalq yazıçısı Anar, xanəndə Arif Babayev və Konservatoriyanın direktoru Siyavuş Kərimi Qədir Rüstəmovun keçdiyi həyat yolundan danışıblar, ona Allahdan rəhmət diləyiblər.
Vida mərasimindən sonra xalq artisti Qədir Rüstəmov II Fəxri xiyabanda dəfn olunub.
Xatırladaq ki, Azərbaycanın xalq artisti, görkəmli muğam ifaçısı Qədir Rüstəmov iki aya yaxındır İstanbulun Acıbadem Xəstəxanasında koma vəziyyətində idi. Xalq artisti dünən 76 yaşında dünyasını dəyişib.
Qədir Rüstəmov 1935-ci ildə Ağdam rayonunda anadan olub, burada xanəndə kimi yetişib.
Əvvəlcə Azərbaycan Dövlət Musiqi Məktəbində ustad-xanəndə Hacıbaba Hüseynovdan muğam dərsləri alıb, sonradan Ağdamda təhsilini davam etdirib. Məlahətli səsi və özünəməxsus ifa tərzi ilə xalqın rəğbətini qazanan Qədir Rüstəmov xanəndə kimi məşhurlaşmışdı.
Qədir Rüstəmovun ifasında bir sıra muğam dəstgahları – “Rast”, “Çahargah” lentə alınaraq radionun fondunda saxlanılır. Onun ifasında “Sona bülbüllər” mahnısı xüsusilə sevilir.
Allah rəhmət eləsin!
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.