"TomiAhonen Consulting” şirkətinin analitiklərinin qənaətinə görə, smartfonlar bazarda o qədər populyarlaşıb ki, bəzən elə görünür ki, sanki hər bir insanda "ağıllı" telefon var. Bu telefonların mobil bazarda payı 10%-dir.
Şirkətin açıqlamasına görə, Sinqapurda bu tip telefonların istifadəsi 90% həcmindədir. İkinci yerdə isə Honq-Konq gəlir - 61 faiz. İsveç, Avstraliya və İspaniyanın payı isə müvafiq olaraq 52, 47 və 44 faizdir.
Araşdırmalar zamanı həmçinin o da bəlli olub ki, istifadəçilər smartfon modelindən olan telefonlarını demək olar ki, ildə bir dəfə dəyişirlər.
Bu tip telefon istehsalındakı payına görə isə “Nokia” 26 faizlə birinciliyi əlində saxlayır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.