"20 ildən artıqdır ki, Qarabağ bizdə deyil. Bu müddət 30 il olandan sonra deyəcəklər ki, Qarabağda artıq bütöv bir nəsil yetişib və Azərbaycan insanların yaşaması üçün əlverişsiz bir yerdir."
15-12-2011 / 14:51
Ermənistan prezidentinin keçmiş müşaviri Jirayr Libaredyan Qarabağ münaqişəsi ilə bağlı açıqlama verib. O bildirib ki, “Ermənistan hakimiyyəti bu cür özünüaldatma yolu ilə elə təsəvvür yarada bilər ki, hər şey yaxşı gedir, dözəcəyik. Qarabağ məsələsində vaxt Azərbaycanın xeyrinə işləyir və Ermənistan status-kvonun uzanmasından fayda gözləməkdə yanılır”. Digər tərəfdən Azərbaycan rəsmiləri də daima Qarabağ münaqişəsi ilə bağlı fikirlər səsləndirərkən münaqişə vaxtının uzanmasının Azərbaycanın xeyrinə və Ermənistanın ziyanına işlədiyini bildirirlər.
Faktxeber.com-un “münaqişənin vaxtının uzanması doğrudanmı Azərbaycanın xeyrinə işləyir”, - sualına aydınlıq gətirən politoloq Zərdüşt Əlizadə, münaqişənin vaxtının uzanması ilə status-kvonun tədricən legitimləşdiyini bildirdi.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.