FaktXeber.com-un "Science" jurnalına istinadən verdiyi məlumata görə, “Aldebaran Robotics” şirkəti bir müddət əvvəl təqdim etdiyi robotu üzərindəki işlərini bir qədər də təkmilləşdirib. Belə ki, “Nao Next Gen” adlanan yeni robot, əvvəlkində daha güclüdür. Həmçinin elektron-hesablama komponentlərinin məhsuldarlığı da yüksəkdir.
“Nao Next Gen” 1,6 GHz “İntel Atom” prosessoru əsasında işləyir və 2 kamerayla təhciz olunub. Bu kameralar robota, hətta zəif işıqlandırma şəraitində belə daha yaxşı istiqamətləndirmə və obyektləri daha effektiv tanımağa imkan yaradır. Robot həmçinin insan səsi ilə idarəetmədə də təkmilləşdirilib.
Daxili sensorlar sayəsində robot ehtimal olunan yıxılma anını müəyyən edir və bu da yerə dəyərkən daha az zədə ilə xilas olmağa hesablanıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.