Sualtı reydlər barədə xəbərlər Yaponiya və Qərb ölkələrini, o cümlədən ABŞ-ı bərk narahat edib
15-12-2011 / 13:43
Faktxeber.com-un verdiyi məlumata görə, Amerikanın «DigitalGlobe» kompaniyası Çin ordusunun birinci aviadaşıyıcısının Sarı dənizdə sınaqdan keçərkən görüntülərini çəkə bilib. Keçmiş sovet ağır aviadaşıyıcısı «Varyaq»ın reaknstrusiya variantı olan bu gəminin birinci peyk görüntüləridir.
Çin aviadaşıyıcısının birinci sınağı avqusta başlamışdı və 5 gün davam eləmişdi. Sınağın ikinci etapı isə ötən həftə bitdi. Çin mətbuatının yazdığına görə, iki həftəlik sınaq müddətindən sonra Dalyan limanına qayıdan gəmi qarşısına qoyulmuş bütün məsələləri uğurla həll edə bilib.
Qeyd edək ki, sualtı reydlər barədə xəbərlər Yaponiya və Qərb ölkələrini, o cümlədən ABŞ-ı bərk narahat edib. Vaşinqtonda deyilir ki, Çin ordusunun son nailiyyətləri regionda güc balansını dəyişəcək, bu da bir sıra ölkələrin təhlükəsizliyinə təhdid olacaq.
Çin hökuməti aviadaşıyıcının rekanstruksiyası üzərində işlədiklərini uzun müddət məxfi saxlamışdılar. Bu barədə rəsmi məlumat cari ilin yayında yayılıb. Gəminin adı indiyə kimi açıqlanmadığından isə KİV-də «Varyaqa» adı ilə tanınır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.