ABŞ-ın Massakhusetts Texnologiya Universitetinin laboratoriyasında hazırlanan bu kamera vasitəsilə hətta işıq sürəti ilə baş verən hadisələrin kadrlarını da qeydə almaq mümkün olacaq
15-12-2011 / 13:24
ABŞ-ın Massakhusetts Texnologiya Universitetinin (MIT) mütəxəssisləri, saniyədə bir trilyon kadr çəkə biləcək kamera istehsal ediblər. Yeni kamera sürətinə görə televiziyalarda istifadə olunan kameralardan 40 milyard dəfə çoxdur. Universitetin laboratoriyasında hazırlanan bu kamera vasitəsilə hətta işıq sürəti ilə baş verən hadisələrin kadrlarını da qeydə almaq mümkün olacaq. Kamera ilə fotonun işıq zərrəciklərini belə görmək mümkündür. Universitetin professoru Rameş Raskar, yeni kameranın "görünüşlü ultrasonoqrafiya" cihazlarının inkişaf etdirilməsində yardımçı olacağını bildirib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.