FaktXeber.com-un RİA Novostiyə istinadən verdiyi məlumata görə, aparılan araşdırmalar nəticəsində məlum olub ki, avropalıların 1/4-i internetdən heç vaxt istifadə etməyiblər. Bu Avropa İttifaqı sakinlərinin 24%-ini təşkil edir.
Xatırladaq ki, 2006-cı ildə internetdən istifadə etməyənlərin payı 46 faiz təşkil edirdi.
Ən acınacaqlı vəziyyət isə Rumıniya, Bolqarıstan və Yunanıstandaır. Belə ki, bu ölkələrdə internetə heç vaxt daxil olmayanların sayı müvafiq olaraq 54, 46 və 45 faiz təşkil edir.
2015-ci ilədək Avropa Birliyi ölkələrində internetdən heç vaxt istifadə etməyən vətəndaşların sayının isə orta hesabla 15 faizə qədər azalacağı bildirilir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.