Faktxeber.com-un «news.ru»ya istinadən verdiyi məlumata görə, Rusiya İranda ehtimal olunan müharibəyə hazırlaşır. Belə ki, Kreml hərbi qaynaqlardan İsrailin ABŞ-ın dəstəyi ilə İranın nüvə obyektlərinə hücum edəcəyi barədə məlumat əldə edib.
Əgər İranda həqiqətən də müharibə başlayarsa bu, Rusiya üçün faciə ilə nəticələnəcək. Ən azı ona görə ki, RF Zaqafqaziyada özünün əsas istehkamını – Ermənistandakı 102-ci hərbi bazasını itirəcək. Əlbəttə, Kreml bunun baş verməməsi üçün əlindən gələni edəcək.
Qeyd edək ki, Rusiya hələ bir il əvvəldən Tehrana qarşı hərbi müdaxilələrdə itkiləri minimallaşdırmaq üçün müəyyən tədbirlər həyata keçirib və indi də hazırlıqlar bitmək üzrədir.
Ermənistan bazası bütünlüklə optimallaşdırılıb, hərbçilərin ailələri ölkədən çıxarılıb, İrəvanın yaxınlığında yerləşən Rusiya qarnizonu məhdudlaşdırılıb, hərbi hissələr isə Türkiyə ilə sərhəddin yaxınlığındakı Gümrüyə köçürülüb. Məhz Türkiyə ərazisindən ABŞ İranın obyektlərinə hücum edə bilər.
Dekabrın 1-dən Rusiyanın Cənubi Osetiyada və Abxaziyada hərbi bazaları tam döyüş hazırlığına gətirib.
Dağıstanın Azərbaycanla sərhəddi yaxınlığında xüsusi sahil raket diviziyası - fəaliyyət uzaqlığın 130 km təşkil edən «Bal-E» gəmi əleyhinə sahil raket kompleksi döyüş hazırlığına gətirilib.
Mahaçqala və Astarxanda vahid gəmi qruplarının yaradılması üçün Xəzər flotunun bütün raket katerlərin dislokasiyası dəyişib. Bundan əlavə, Flotun flaqmanına «Tatarstan» gözətçi raket gəmisinə «Volqodonsk» kiçik artilleriya gəmisi və «Dağıstan» raket gəmisi qoşulub.
Bundan əlavə, bir neçə müddət əvvəl Aralıq dənizinə Rusiyanın Şimal flotunun aviadayıcı qrupu çıxmışdı. Onun tərkibinə ağır aviadaşıyıcı «Admiral Kuznetsov», böyük qayıqəleyhinə gəmi «Admiral Çabanenko» daxildir. Onlar Rusiyanın dayaq flotu olan Suriyanın Tartus limamına girəcəklər. Rusiyanın və Suriyanın hərbi nümayəndələri bu addımı atmaqda məqsədin sadəcə qrupun ehtiyat və yanacaqla təmin olunmasında göstərsələr də, ekspertlərin fikrincə, flot Suriyada Qərb dövlətlərinin münaqişə yaratmasının qarşısını almaq üçün istifadə olunacaq.
RUSİYA AZƏRBAYCANDAN NARAHATDIR
İranda baş verə biləcək imüharibə ilə əlaqədar RF Müdaifə Nazirliyi Azərbaycandan narahatdır. Belə ki, Azərbaycan son üç ildə hərbi büdcəsini iki dəfə artırıb, həmçinin İsraildən pilotsuz uçuş aparatları və kəşfiyyət üçün digər inkişaf etmiş avajdanlıqlar alır. Bundan əlavə, Bakı Qəbələ RLS-in icarə haqqını artırmaq tələbi ilə Moskvaya təzyiqi gücləndirib.
Azərbaycanın cənubda münaqişənin baş verəcəyi halda necə davranacağı fikirlər müxtəlifdir.
Hərbi Proqnozlar Mərkəzinin rəhbəri Anatoliy Çıqanov hesab edir ki, hətta İranla Azərbaycan arasında Xəzərin cənubundakı qaz yataqları barədə mübahisələri nəzərə alsaq belə, Bakının anti-iran hərbi kampaniyasını dəstəkləyəcəyini gözləmək lazım deyil. Onun Ermənistana qarşı hərbi əməliyyatlar aparması ehtimalı da azdır.
Ancaq 1991-1993-cü illərdə Bakı ilə İrəvan arasında hərbi fəaliyyətləri analiz edən, indi isə prezident İlham Əliyevin apardığı hərbi islahatları diqqətlə izləyən hərbi ekspert polkovnik Vladimir Popov hesab etdiyini bildirib ki, Azərbaycan Ermənistanla ərazi mübahisəsini öz xeyrinə həll etmək üçün yaranmış fürsətdə yararlana bilər: «Bu halda Rusiya Ermənistanın RƏM-i ilə birlikdə hücumu dəf etsə də, Dağlıq Qarabağda hərbi əməliyyatlarda iştirak etməyəcək». Bununla belə, Popov Ermənistan ərazisində Rusiyanın iştirakı ilə quru əməliyyatlarını mümkün hesab edir.
İran barədə Rusiya rəsmi heç bir söz deməsə də, ekspertlər Moskvanın Tehrana azı hərbi-texniki səviyyədə yardım edəcəyinə əmindir.
Xatırladaq ki, Rusiya İrana güc tətbiq edilməsinin və ona qarşı sanksiyaların verilməsinin qəti əleyhinədir. Moskva İranın nüvə problemi ilə yaranan söhbətlərin Tehranda hakimiyyət dəyişikliyi üçün bəhanə ola biləcəyini bildirib.
Emilya