BU ÖLKƏDƏ QADINLARIN 20 FAİZİ ZORLANMADAN ŞİKAYƏTÇİDİR
Amerikada keçirilən sorğunun nəticələrinə görə, 29 milyon qadın fiziki zorakılığa məruz qaldığını bildirib
15-12-2011 / 11:11
FaktXeber.com-un verdiyi məlumata görə, Amerikada aparılan sorğunun nəticələri göstərib ki, bu ölkədə yaşayan hər 5 qadından biri zorlanma cəhdinə məruz qaldıb. Bu, “məişət zorakılığı” barədə keçirilən sorğunun nəticəsində məlum olub. Bundan əlavə hər 4 qadından birinin əri və ya kişi sevgilisi tərəfindən fiziki zorakılığa məruz qaldığı bildirilir.
Sorğuya görə, 29 milyon qadının fiziki zorakılığa məruz qaldığı ortaya çıxıb. Respondentlər partnyorları tərəfindən boğulduqlarını, bıçaqlandıqlarını, döyüldüklərini, təpikləndiklərini, yumruqlandıqlarını bildiriblər. Buna ərləri tərəfindən itələnən, sillələnən qadınlar da əlavə etdikdə, rəqəm 36 milyona çatır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.