QALAKTİKANIN MƏRKƏZİNDƏ NƏHƏNG QAZ BULUDU AŞKAR OLUNUB
Qara dəliyin ətrafında spiralvari dövr edən buludun sürəti dəhşətli qravitasiyanın nəticəsində getdikcə artır
15-12-2011 / 10:59
Faktxeber.com-dan verilən məlumata görə, alimlər bizim qalaktikanın mərkəzində qara dəliyin ətrafında spiralvari dövr edən nəhəng qaz buludu aşkar ediblər.
«Nature» jurnalında dərc olunan məqalədə qeyd olunub ki, buludun dövretmə sürəti dəhşətli qravitasiyanın nəticəsində getdikcə artır.
Alimlərin sözlərinə görə, ilk dəfə olaraq kosmik obyektin qara dəlik tərəfindən məhv edilməsini görmə şansı əldə ediblər.
Qaz buludu qara dəliyin 40 milyon km-dədir və astronomların hesablamalarına göroə, iki ildən az bir müddətdə məhv olacaq.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.