Amerikalı alimlər döş xərçənginə qarşı hazırlanan peyvəndin ilk sınaqda "mükəmməl" nəticər verdiyini, üç il ərzində istifadəyə hazır hala gətiriləcəyini açıqlayıblar
15-12-2011 / 10:25
Faktxeber.com-un verdiyi məlumata görə, Laboratoriya testlərində peyvəndin immunitet sistemini gücləndirərək, 90 faiz həcmində şişlərə təsir etdiyi ortaya çıxıb.
Siçanlar üzərində aparılan testlərdə döş və mədəaltı vəzi xərçəngi yaradan şişlərin əsas hissəsi yox ediliv. Corcia Universitetində bir qrup alim tərəfindən hazırlanan peyvənd, indi insanlar üzərində sınanacaq. İnsanlar üzərində klinik təcrübələrin 2013-cü ildə başlaması nəzərdə tutulur.
Araşdırmanın rəhbəri Prof.Geert-Jan Boons, "peyvənd immunitet sistemi üzərində təsirlidir və şişin böyüməsinə maneə yaradır" deyib. Prof.Sandra Gendler də "bu, immunitet sistemindəki çatışmazlığı aşkarlayan ilk peyvənd xərçəng hüceyrələrini öldürmək gücündədir" deyə bildirib. Mütəxəssislər peyvəndin insanlar üzərində təsirli olması halında, tibbdə böyük bir yol açılacağını söyləyirlər.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.