Bu gün tanınmış müəllif, şeirləri ən çox oxunan Azərbaycan şairlərindən olan Ramiz Rövşənin doğum günüdür
15-12-2011 / 10:11
FaktXeber.com xəbər verir ki, Ramiz Rövşən 1946-cı ildə Bakının Əmircan kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini, Moskva Ali Ssenari kurslarını bitirib. Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, "Mozalan" satirik kinojurnal studiyasında redaktor, kinostudiyanın ssenari emalatxanasında ssenarist, kinostudiyanın baş redaktoru (1987-1992) işləyib. 1992-ci ildən Azərbaycan Tərcümə Mərkəzinin baş redaktorudur. Bir neçə şeir kitabının müəllifidir.
Ramiz Rövşənin ssenariləri əsasında çoxlu sayda bədii və sənədli film çəkilib. Şeir və hekayələri tərcümə edilərək bir sıra keçmiş SSRİ respublikalarında, eləcə də ABŞ-da, Almaniyada, Böyük Britaniyada, Fransada, Polşada, Bolqarıstanda, Türkiyədə və İranda çap olunub. Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvüdür.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.