Sosial şəbəkənin yeni funksiyası vasitəsilə istifadəçilər öz dostunun, tanışının və ya qohumunun intiharı haqqında məlumat ala biləcəklər
15-12-2011 / 09:43
FaktXeber.com-un Lenta.ru-ya istinadən verdiyi məlumata görə, artıq intihar xarakterli açıqlamalar görən “Facebook” abunəçiləri, bu barədə administratora tez məlumat verə biləcəklər. Xəbərdarlıq alan sosial şəbəkə intiharların qarşısının alınması üzrə Milli Mərkəzin konsultantları ilə əlaqə saxlayaraq, intihar etmək istəyənə məktub göndərəcək.
Məktubda bu təşkilatın telefon nömrəsindən əlavə, mütəxəssislərlə məxfi çat-söhbət aparılması üçün bağlantı da göstəriləcək. Şəbəkənin yeni funksiyadan hələlik təkcə ABŞ və Kanadada istifadə etmək mümkündür.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.