Faktxeber.com-un verdiyi məlumata görə, “Toshiba” şirkəti dünyada ilk dəfə 3D görüntülərini izləmək üçün xüsusi eynəklər tələb etməyən 55 düyümlü Toshiba 55ZL2 televizorları istehsal edib.
Yeni məhsulun əvvəlcə alman bazarında satışa çıxarılacağı nəzərdə tutulub.
Televizorda üçölçülü görüntülərin əmələ gəlməsi üçün ekran qarşısında yerləşdirilən, görüntüləri bir-birindən ayıran sistemdən sağ və sol gözlər üçün nəzərdə tutulmuş linzalardan istifadə olunur. 3D görüntülərinə gözün vəziyyətinə nəzarət edən daxili kameranın köməyilə eyni zamanda 9 seyrçi baxa bilər.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.