Gecə Xətai rayonu Nobel prospektində yol nəqliyyat hadisəsi baş verib. Qəza zamanı “Lada” markalı avtomobil üzü Zığ qəsəbəsi istinamətində hərəkətdə olan zaman sürücü qəfildən idarəetməni itirib. Nəticədə isə avtomobil yol kənarındakı daş hasara çırpılıb.
Bu qəzanın ardınca isə yenə həmin istiqamətdə hərəkət edən “Hyundai” markalı avtomaşın da qəza törədib. “Hyundai”nin sürücüsü hərəkətdə olarkən anidən qarşısına ondan əvvəl qəzaya uğrayan “Lada” çıxıb. Həmin avtomaşınla toqquşmaq istəməyən “Hyundai'nin sürücüsü də sonda idarəetməni itirərək qəza törədib.
“Hyundai”nin işıq dirəyinə çırpılması ilə nəticələnən qəzada aşan dirək yararsız vəziyyətə düşüb.
Qeyd edək ki, baş verən yol nəqliyyat hadisəsi zamanı hər iki avtomobildə olan sürücü və sərnişinlər arasında xəsarət alan omlayıb.
Faktla bağlı Xətai rayon dövlət yol polis şöbsində araşdırma başlanlıb. Qəzanın səbələrinin müəyyən edilməsi üçün avtotexniki və tibbi ekspertilar da təyin edilib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.