"Mütəxəssis olmayan şəxsin nəyinsə səhv, nəyinsə düz olduğunu deməsi qeyri-ciddi məsələdir"
14-12-2011 / 18:04
“Ölkənin təhsil siyasətini aparan qurum, dərslikləri qiymətləndirən şura var. Həmin şuranın qeydiyyatından keçməyən və qrif verilməyən dərsliklərdən istifadəni düzgün hesab etmirəm”. APA-nın məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov orta məktəb dərsliklərində səhvlərin olmasın ilə bağlı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının iddialarına cavabında deyib.
M. Mərdanov bildirib ki, belə məsələləri mütəxəssislərlə müzakirə etmək lazımdır: “Bu məsələləri şouya çevirməyə ehtiyac yoxdur. Bütün məsələləri işi bilən adamlar, mütəxəssislər deməlidir. Mütəxəssis olmayanın nəyinsə səhv, nəyinsə düz olduğunu deməsi qeyri-ciddi məsələdir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.