"Kunq-fu kralı" açıq çempionatında təkbətək döyüş ustası Şanquan Penfey ağır nokautdan sonra ölüb
14-12-2011 / 17:03
Faktxeber.com-un verdiyi məlumata görə, Haynan ada əyalətindən oktyabr ayında keçirilən «Kunq-Fu kralı» açıq çempionatında təkbətək döyüş ustası Şanquan Penfey ağır nokautdan 42 gün sonra ölüb.
Qeyd edək ki, bu döyüşdə dırnaq və ayaqla zərbələrə icazə verilsə də, qorunma üçün heç bir vəsaitdən istifadə olunmur.
Bu kədərli hadisə təkbətək döyüş sənətinin pərəstişkarları arasında neqatif rezonans doğurub.
Bəziləri Şanquanyanın rəqibini ənsəyə vurmaqla qeyri-idmançı kimi rəftar etməkdə ittiham edir, çünki qanunla bu, qadağandır.
Digərləri isə tibb işçilərinin döyüş ustasına oyunda iştirak etməsinə icazə verməyini başa düşmədiklərini deyirlər, çünki çempionatın başlanmasına bir neçə ay qalmış o, bir dəfə nokauta düşmüşdü. Beynəlxalq qanunlara görə isə kimliyindən asılı olmayarq belə bir zərbə almış istənilən boksçu azı 6 ay müddətində rinqə buraxılmamalıdır.
Yarışın hakimi də oyunu vaxtında saxlamadığı üçün bu tənqidlərdən kənarda qalmayıb.
«Kunq-fu kralı» çempionatı isə matəm münasibəti ilə gələn ilə keçirilib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.