ABŞ, İraqa verəcəyi F-16 təyyarələrinin satışını 18 ədəddən 36 ədədə qədər artırıb
14-12-2011 / 12:15
FaktXeber.com "CNN"ə istinadən xəbər verir ki, ABŞ, İraqa verəcəyi F-16 təyyarələrinin satışını 18 ədəddən 36 ədədə qədər artırıb. ABŞ rəhbərliyi, İraq baş naziri Nuri Əl Malikinin ABŞ səfəri əsnasında İraqa verəcəyi 18 ədəd F-16 təyyarəsinin satışına 18 ədəd əlavə edəcəyini bildirib.
ABŞ Milli Təhlükəsizlik Şurasının sözcüsü Tommi Vietor dünən verdiyi açıqlamada bildirib ki, İraqın öz hava sahəsini qoruması üçün Amerika bu ölkəyə F-16 tipli hərbi təyyarədən 36 ədəd satmaq niyyətindədir. Biz İraqa 18 F-16 təyyarəsinin satılmasına dair qərar haqqında Konqresə məlumat vermişik.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.