FUTBOL KOMANDASI OYUNDA FIRILDAĞA GÖRƏ HƏBS OLUNDU
Onlar Milli Çempionatda 8 oyunu razılaşdırılmış şəkildə əvvəlcədən müəyyən edilmiş nəticələrlə bitirməkdə və bundan sonra daha üç oyunu belə keçirmək cəhdində ittiham olunublar
14-12-2011 / 11:49
Faktxeber.com-un verdiyi məlumata görə, Xorvatiyada məhkəmə 15 futbolçu və idman məmurlarına oyunun nəticələrini əvvəldən təşkil etdiklərinə görə həbsə məhkum edib.
Təqsirləndirilən şəxslər Milli Çempionatda 8 oyunu razılaşdırılmış şəkildə əvvəlcədən müəyyən edilmiş nəticələrlə bitirməkdə və bundan sonra daha üç oyunu belə keçirmək cəhdində ittiham olunublar.
Məhkumların çoxu 10 ay həbs və 250 min dollar cəriməylə cəzalandırılbalr. Qeyd edək ki, futbolçular fırıldaq baş tutacağı halda məhz bu məbləğdə gəlir əldə etməyi düşünürmüşlər.
Fırıldağın təşkilatçıları olan 1 xorvatiyalı və 2 sloveniyalı hər biri 1 il müddətinə azadlıqdan məhrum olub.
Alman polisindən alınan məlumatla bəlli olan fırıldağın araşdırması düz 2 il çəkib.
Qeyd edək ki, bunlardan əlavə daha iki yüksəkçinli futbol məmuru rüşvətdə ittiham olunaraq həbs olunması barədə də məlumatlar var.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.