Polşa XİN rəhbəri Radoslav Sikorskiy: "Bu, Rusiyanın Şimali Atlantika alyansını hələ də düşmən gözündən görməsinə bir siqnal ola bilər"
14-12-2011 / 10:50
Faktxeber.com-un verdiyi məlumata görə, Polşa XİN rəhbəri Radoslav Sikorskiy Kalinqrad əyalətinin hərbiləşdirilməsi ehtimalından və hücum xarakterli raket sursatlarının yerləşdirilməsindən narahatlığını ifadə edib.
Polşalı nazir jurnalistlərə müsahibə verərkən, bildirib ki, bu Rusiyanın Şimali Atlantika alyansını hələ də düşmən gözündən görməsinə bir siqnal ola bilər: «Ümidvaram ki, mən səhv düşünürəm».
Nazirin sözlərinə görə, Polşa-Rusiya münasibətləri son illərdə nəzərəçarpacaq dərəcədə yaxşılaşıb: «Bununla belə,noyabr ayında prezident Dmitri Medvedyevin Rusiyanın Avropada RƏM Sistemlərinin tikintisi barədə olan bəyanatı Varşavada gözlənilməzlik yaradıb».
Polşa XİN rəhbəri daha sonra sözlərinə bunu əlavə edib: «Həm qonşu Rusiya-Polşa arasında, həm də strateji əməkdaşlar kimi Rusiya ilə Nato arasında ultimatım tətbiq eilməsi lazım deyil».
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.