Azərbaycan Ordusunun üç zabiti dəm qazından zəhərlənib, onlardan biri ölüb
14-12-2011 / 10:41
FaktXeber.com xəbər verir ki, Azərbaycan Ordusunun zabitləri dəm qazından zəhərləniblər. Hadisə Yasamal rayonu, Ə. Cəlil küçəsi, 51 ünvanında qeydə alınıb. Milli Ordunun həmin ünvanda kirayədə yaşayan zabitləri - Naxçıvan Muxtar Respublikası Babək rayon sakini, 22 yaşlı Məmmədov Əbülfət Vəli oğlu, Goranboy sakini, 22 yaşlı Qasımov Rafiq Nəsib oğlu və 22 yaşlı Məmiyev Elməddin Zamin oğlu dəm qazından zəhərləniblər. Onlardan Ə. Məmmədov hadisə yerində ölüb. Digər iki zabit isə hospitala yerləşdirilib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.