Elmira Süleymanova: "Mən çox istərdim ki, hüquq-mühafizə orqanları bu cinayəti çox ciddi şəkildə araşdırsınlar"
14-12-2011 / 09:44
“Rafiq Tağının öldürülməsi cinayətdir. İstintaqı aparılan cinayətlə bağlı məsələyə münasibət bildirmək qeyri-məqbuldur. Mən çox istərdim ki, hüquq-mühafizə orqanları bu cinayəti çox ciddi şəkildə araşdırsınlar. Hadisəni törədənlər aşkarlansın və öz layiqli cəzalarını alsınlar”. FaktXeber.com-un verdiyi məlumata görə, bu sözləri Ombudsman Elmira Süleymanova yazıçı-publisist Rafiq Tağının qətli ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən söyləyib. “Azərbaycan vətəndaşının öldürülməsi barədə xarici ölkədə fətva verilməsini necə qiymətləndirirsiniz” sualına isə Ombudsmanın cavabı belə olub: “Xarici ölkələrdə kimlərinsə hansısa fikir söyləməsinə münasibət bildirmək ombudsmanının səlahiyyətində deyil. Ombudsman öz ölkəsinin qatıldığı beynəlxalq konvensiyalar, qanunvericilik, ölkənin yurisdiksiyasında olan vətəndaşların hüquqları ilə bağlı məsələlərə münasibət bildirə bilər”.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.