Faktxeber.com-un İANS-a istinadən verdiyi məlumata görə, Hindistanın Maharaçtra ştatında Su-30MKİ qırıcısı qəzaya uğrayıb. Təyyarə bu gün keçirilən təlim zamanı düşüb.
Təyyarə Puna yaxınlığında yerləşən Hərbi Hava Qüvvələri bazasından qalxaraq, bazanın 20 kilometrliyinə düşüb. Pilotlar katapult edərək qəzadan xilas olublar. Hadisənin başvermə səbəbi kimi texniki nasazlıq göstərilib.
Qeyd edək ki, 1997-ci ildə bəri bu Hindistanda Su-30MKİ təyyarəsinin qəzaya uğradığı üçüncü hadisədir. Bu təyyarələr Hindistan HHQ-nin əsasını təşkil edir. Bu təyyarələrdən HHQ-də 130 ədəd var. Hindistan daha 140 belə təyyarənin almasını planlaşdırır.
2011-ci ilin əvvəlindən isə Hindistanda HHQ-nə məxsus 9 təyyarə qəzaya uğrayıb. Onların əksəriyyəti MiQ-21-lərdir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.