Türkiyə ilə İsrail arasında uzun müddətdir davam edən böhranın sona çatdırılması üçün yeni bir sülh təklifi olunub
13-12-2011 / 16:01
FaktXeber.com-un İsrailin hökumətinə yaxınlığlı ilə tanınan məşhur "Maariv" qəzetinə istinadən verdiyi məlumata görə, Amerikanın təklifiylə İsrail baş naziri Binyamin Netanyahu ilə Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan arasında gizli telefon həyata keçiriləcək.
Görüşdən sonra ABŞ-ın təklif etdiyi kimi hər iki tərəf məzmun baxımından fərqli məlumat açıqlayacaq.
Belə ki, rəsmi Ankara "Mavi Mərmərə" gəmisindəki doqquz Türkiyə vətəndaşının ölümünə göre İsrailin üzr istədiyini, Təl-Əviv isə yalnız qarşıdurmanın yaratdığı nəticələrdən məyusluğunu dilə gətirdiyini açıqlayacaq.
Plana görə, "hər iki ölkə qarşılıqlı olaraq, xalqına fərqli barışıq planlarını təqdim edə bilməsi üçün imkan verəcək." Baş nazirlərin açıqlamalarından sonra diplomatik əlaqələrin səviyyəsi yüksəldiləcək və Türkiyə Təl-Əvivə, İsrail də Ankaraya səfirini yenidən göndərəcək.
Təzminat ödənəcəkmi?
ABŞ-ın təklifində "Mavi Mərmərə" hücumunda öldürülən türklər üçün ödənəcək təzminata dair də bənd var. Vaşinqton, İsrailin ölənlərin yaxınlarına təzminat verməsi əvəzinə, Türkiyənin İsraillə xüsusi bir fond yaratmasını təklif edib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.