MVRDV firmasının Seulda tikəcəyi binanın dizaynı 11 sentyabrda terror zamanı dağılan əkiz qüllələrə bənzəyir
13-12-2011 / 15:39
Faktxeber.com-un verdiyi məlumata görə, Cənub Koreyanın rəsmi xəbər agentliyi "Yonhap"ın yayımladığı fotoşəkillərdə, MVRDV firmasının hazırladığı əkiz göydələnlərin ortasında olan "qabarıq bulud" hissəsi diqqət çəkir.
İki binanı bir-birinə bağlayan bu hissədə üzgüçülük hovuzları, restoranlar, kafelər və idman salonlarından ibarət olan mərkəzin tikilməsi planlaşdırılır.
Fotoşəkillər dərc olunduqdan sonra 11 Sentyabr terror aktında dünyasını dəyişənlərin ailələri layihəyə böyük reaksiya veriblər.
Çünki binalara uzaqdan baxdıqda Dünya Ticarət Mərkəzi qüllələrinə 11 sentyabrda təyyarələr dəydikdən sonra yaranan tüstü görüntülərini xatırladır.
Ailələr MVRDV şirkətinin "terrorda ölənlərə hörmət etmədiyi və ucuz reklam dalınca düşdüklərini" söylədikdən sonra şirkətdən açıqlama verilib.
Narahat olan ailələrdən üzr istəyən MVRDV, Dünya Ticarət Mərkəzi qüllələrinə bənzəyən dizayn hazırlamaq niyyətlərinin olmadığını və dizayn zamanı öxşarlığı hiss etmədiklərini bildiriblər.
Ancaq açıqlamada dizaynın ləğv edilib-edilməyəcəyi ilə bağlı məlumat verilməyib.
Şirkətin Cənubi Koreyadan olan tərəfdaşı isə inşaatın 2013-cü ildə başladılacağını söyləyib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.