"BEŞİKTAŞ"IN BAŞ MƏŞQÇİSİ VƏ DİGƏR 7 NƏFƏR AZAD EDİLDİ
Azadlığa çıxdığım üçün xoşbəxtəm
13-12-2011 / 11:37
FaktXeber.com "Doğan" xəbər agentiliyinə saytına istinadən xəbər verir ki, futbolda satılmış oyunlara görə, həbs edilən "Beşiktaş" klubunun baş məşqçisi Tayfur Havutçu sərbəst buraxılıb. Tayfur Havutçu 14 iyul tarixindən bəri Metris həbsxanasında saxlanılırdı. Azadlığa çıxdıqdan sonra evinə gedən Tayfur Havutçu, evinin qarşısında jurnalistlərin suallarını cavablandırıb. O, bildirib ki, azadlığa çıxdığım və ailəmə qovuşduğum üçün xoşbəxtəm. Yaxın günlərdə mətbuat konfransı keçirəcəyəm.
Tayfur Havutçu həbs ediləndən sonra "Beşiktaş" klubuna baş məşqçi kimi portuqaliyalı mütəxəssis Carvalhal gətirilmişdi.
Bundan əlavə İstanbul məhkəməsinin növbəti iclasında şübhəli şəxs qismində həbs olunanlardan 7 nəfərin azadlığa buraxılması haqda qərar verilib. Bunlar “Beşiktaş” rəsmisi Serdal Adalı, “Beşiktaş”ın protokol müdiri Ahmet Ateş, “Diyarbəkirspor” klubunun keçmiş prezidenti Əbdürrəhman Yaqut, futbolçular İbrahim Akın, Ümit Karan, Korcan Çelikay və İskender Alındır. Onların istintaq bitənədək azadlıqda qalacaqları bildirilir.
Bundan başqa, bir sıra futbolçu və məşqçilər haqda stadionlara girişin qadağan edilməsi qərarı da ləğv olunub. İstanbul Məhkəməsi "Fənərbaxça" prezidenti Əziz Yıldırımın azadlığa buraxılması barədəki müraciəti qəbul etməyib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.