Yarış "ABU-Arena" idman kompleksində təşkil olunub
13-12-2011 / 10:46
Faktxeber.com-un verdiyi məlumata görə, 16-18 dekabrın tarixlərində “ABU-Arena” idman kompleksində taekvondo üzrə növbəti Azərbaycan çempionatı keçiriləcək. Yarışın birinci günündə böyüklər, növbəti günlərdə isə gənc taekvondoçular mübarizə aparacaq.
Azərbaycan Taekvondo Federasiyasından FaktXeber.com-a daxil olan məlumata görə, ölkə çempionatında paytaxt da daxil olmaqla, respublikanın bütün regionlarından idmançılar təmsil olunacaqlar. Nəticələr elektron gödəkçələr vasitəsilə təyin ediləcək.
İlk üç yeri tutan taekvondoçu ATF tərəfindən müvafiq diplom, medal və mükafatlarla təltif olunacaq.
İdmançılar bütün çəki dərəcələrində qüvvələrini sınayacaq.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.