İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri təsdiqləməsinin ardınca prezident İlham Əliyev Cinayət Məcəlləsinə yenilikləri də imzalayıb
13-12-2011 / 10:25
İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri təsdiqləməsinin ardınca prezident İlham Əliyev Cinayət Məcəlləsinə yenilikləri də imzalayıb. Bununla dini ayinləri icra etməyə mane olmağa görə cərimələrin maksimal həddi 2000 manatadək, dinə etiqada məcbur etməyə və dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etməyə görə cərimələrin maksimal həddi 9000 min manatadək artırılıb.
Cinayət Məcəlləsinə bu məzmunda 167-2-ci maddə əlavə edilib:
Maddə 167-2. Qanunsuz olaraq dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, idxal etmə, satma və ya yayma
167-2.1. Müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə idxal etmə, satma və ya yayma -
beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etməklə cəzalandırılır.
167-2.2. Eyni əməllər:
167-2.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;
167-2.2.2. təkrar törədildikdə;
167-2.2.3. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə -
yeddi min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etməklə cəzalandırılır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.