Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu Türkiyənin Azərbaycandakı Səfirliyinin dekabrın 6-da hüquq müdafiəçisi İntiqam Əliyevin İstanbul hava limanında saxlanılması ilə bağlı mətbuata verdiyi açıqlamanı Azərbaycanda ifadə azadlığına qarşı addım kimi qiymətləndirir.
FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə RATİ-nin yaydığı bəyanatda bildirilir. RATİ qeyd edir ki, səfirliyin Azərbaycan mətbuatı barədə bu cür aqressiv tərzdə açıqlaması, ifadə azadlığına hörmətsizliyin və dözümsüzlüyün nümunəsidir: “Türkiyə səfirliyinin İntiqam Əliyevlə bağlı hadisənin rəsmi istintaqının və digər zəruri araşdırmaların nəticələri bəlli olmadan Azərbaycan jurnalistlərini qeyri peşəkarlıqda və təxribatçılıqda günahlandırması diplomatların etik davranış qaydalarına, Azərbaycan qanunvericiliyinə və Avropa İnsan Haqları Konvensiyasına ziddir. İntiqam Əliyevin İstanbul hava limanında üzləşdiyi qeyri-insani rəftarla bağlı Azərbaycan mətbuatında dərc edilən yazılarda peşəkarsızlıq elementləri yoxdur və jurnalistlərin bu hadisəyə ən müxtəlif baxışlardan yanaşmasını ifadə azadlığının təzahürü kimi qiymətləndirir. Türkiyə səfirliyi bu cür ittihamedici bəyanatları vermək əvəzinə İntiqam Əliyevlə bağlı hadisənin ədalətli araşdırılmasına yardımçı olması daha yaxşı olardı. Qardaş Türkiyə Cümhuriyyətinin Xarici İşlər Nazirliyini Türkiyənin Azərbaycandakı səfirliyinin Mətbuat Müşavirliyinin Azərbaycan mətbuatına qarşı dözümsüz açıqlamasını araşdırıb və buna qiymət verməyə çağırır”.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.