Türkiyə Cumhuriyyətinin Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Hulusi Kılıç Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əlyev və Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxanın hüquqşünas İntiqam Əliyevin İstanbul Atatürk Hava Limanında üzləşdiyi təziyiqin araşdırılması xahişinin əks olunduğu məktuba cavab verib. Bu barədə FaktXeber.com-a Vətəndaş və İnkişaf Partiyasından məlumat verilib.
Cənab H.Kılıç baş vermiş məlum olaydan üzüntüsünü vurğulayaraq, hazırda Türkiyədə İ.Əliyevlə bağlı hadisənin istintaqının davam etdiyini, nəticələrin ictimaiyyətlə paylaşılacağını diqqətə çatdırıb.
Hörmətli səfir eyni zamanda, İ.Əliyevlə bağlı olayın öz miqyasında nəzərdən keçirilməsinin vacibliyini də önə çəkib: “Hörmətli İntiqam Əliyev ilə əlaqədar hadisənin öz əhatəsində qiymətləndirilməsinin lazım gəldiyini düşünürəm. Türkiyə və Azərbaycanın birliyi və bərabərliyi, xalqlarımızın qardaşlığı baxımından məsuliyyətli və sağlam fikirli davranış sərgiləmənin əhəmiyyət daşıdığını dəyərləndirirəm”.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.