Yaponiya Kosmik Agentliyi (JAXA) ölkənin şimalındakı Taneqaşima adasından buraxılmış radarla təchiz edilmiş peykin problemsiz işlədiyini bildirib.
FaktXeber.com-un verdiyi məlumata görə, sentyabr ayında müvəffəqiyyətlə göndərilən peykdən sonra bu il ikinci dəfə orbitə peyk buraxıldığını söyləyən səlahiyyətlilər, gələn il göndəriləcək peyklə kəşfiyyat işləri aparacaq peyk şəbəkəsini tamamlamağı məqsəd güddüklərini söyləyib.
Peykin bir neçə ay ərzində kəşfiyyat toplamağa başlayacağını söyləyən səlahiyyətlilər, peyklə əlaqədar texniki məlumat verməkdən imtina ediblər.
Qeyd edək ki, Şimali Koreya 1998-ci ildəki raket sınağıyla Yaponiyanı narahat etmişdi. Tokio rəhbərliyi bu ölkədəki hadisələri yaxından izləmək məqsədiylə casus peyk istifadəsinə diqqəti artırmışdı.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.