Çinin "Şanghay Shenhua" klubu, "Çelsi"nin fransalı futbolçusu Nikolas Anelka ilə razılaşdıqlarını açıqlayıb
12-12-2011 / 14:04
FaktXeber.com xəbər verir ki, Çinin "Şanghay Shenhua" klubu, "Çelsi"nin fransalı futbolçusu Nikolas Anelka ilə razılaşdıqlarını açıqlayıb.
Klubdan verilən açıqlamada bildirilir ki, Anelka ilə 2 illik müqavilə imzalanacaq və futbolçu yanvar ayından etibarən Çin liqasında mübarizə aparacaq. Fransız futbolçu Çində illik 12,2 milyon avro məvacib alacaq.
Anelkanı transfer edərək Çin liqasına rəng qatan "Şanghay Shenhua"nın bu transferlə kifayətlənməyəcəyi və "Çelsi"də forma geyən Fil Dişi Sahilindən olan Droqbanı da heyətinə qatacağı bildirilir.
Xatırladaq ki, Nikola Anelka karyerası ərzində İngiltərənin “Arsenal”, “Bolton Uonderers”, İspaniyanın “Real” və Türkiyənin “Fənərbaxça” klublarının formasını geyinib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.