ABŞ dövlət katibi Hillari Klinton Beynəlxalq İnsan Haqları günü ilə bağlı çıxışında Azərbaycanın adını dünyada insan haqlarının ən kobud şəkildə pozulduğu ölkələrdən biri olan Zimbabveyələ birgə çəkib. O, bildirib ki, Azərbaycandan tutmuş Zimbabveyə qədər siyasi məhbuslar öz ideyalarını, fikirlərini söylədiklərinə, müdafiə etdiklərinə görə, hələ də həbsxanalarda saxlanılır: “Bu gün biz bütün hökumətlərə müraciət edərək siyasi məhbusları dərhal və qeyd-şərtsiz azadlığa buraxmağa çağırırıq.”
Müsavat Partiyasının başqan müavini Arzu Səmədbəyli, Hillari Klintonun bu çıxışının Azərbaycanda nəyi dəyişəcəyi ilə bağlı FaktXeber.com-a açıqlama verib.