Maliyyə problemləri yaşayan Tovuzun "Turan" klubunun əsas heyətini 11 futbolçu tərk edib
12-12-2011 / 13:24
FaktXeber.com xəbər verir ki, bu haqda komandanın baş məşqçisi Əsgər Abdullayev bildirib.
O, Unibank Premyer Liqasının XVI turunda “Simurq”a 1:2 hesablı məğlubiyyəti məhz bununla əlaqələndirib: “Bu gün gənclərlə oynadıq. Əsas heyətin 11 oyunçusu komandanı tərk edib. Gənclərlə oynayanda həmişə səhvlər oldu. Müdafiəçimiz oyunun gedişində zədələndi və onun yerinə yarımmüdafiəçini oynatdıq. Komandamız sonadək mübarizə apardı, təəssüf ki, yalnız bir qol vurduq”.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.