Turp istehsalçıları məhsullarını çəkdikləri filmlə reklam ediblər
12-12-2011 / 10:40
Türkiyənin turp ehtiyacının 70 faizini qarşılayan Osmaniyə vilayətinin Kadirli rayonu məhsullarını qeyri-adi üsulla reklam edib. “Kurtlar Vadisi” adlı serialdan ilham alan turp istehsalçıları həvəskar səviyyədə “Turplar Vadisi” adlı 2 seriyalı film çəkiblər. Filmi təsərrüfatçılar Əkrəm Bəyazidoğlu, İlyas Belkuş və Rəfiq Gülər öz işçiləri ilə birlikdə çəkiblər.
Filmin mövzusu isə təxminən belədir. İki qrup arasında “maql” adlandırılan turp satışı həyata keçirilir. Qruplardan birinin nümayəndəsi selofandan çıxardığı turpu bıçaqla kəsərək dadına baxır, bunun həqiqi turp olmadığına qərar verərək aldadıldıqlarını deyir və havaya atəş açır. Bundan sonra iki qrup arasında atışma baş verir. Atışma bir müddət davam etdikdən sonra isə əlində turpla hadisə yerinə gələn şəxs, “həqiqi turp burdadır, Kadirli turpu burdadır” – deyərək əlində turpla tərəfəri hadisə yerindən qovur.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.