Bu barədə aktyor Sönməz Atasoyun həkimi Dr.Turhan Yavuz açıqlama verib
12-12-2011 / 09:50
FaktXeber.com-un Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Süleyman Dəmirəl Universiteti (SDU) Tibb Fakültəsi Şövkət Dəmirəl Ürək Mərkəzi Ürək və Damar Cərrahı şöbəsinin müəllimi Prof.Dr.Yavuz açıqlamasında, ötən günlərdə infarkt keçirdiyi üçün xəstəxanaya gətirilən Atasoyun reanimasiyada müalicəsinin davam etdiyini və komada olduğunu söyləyərək, ''səhhətindəki problemlər hələ də var. Hələ ki, beyin funksiyalarından cavab ala bilmirik, amma hazırda yaşayır. Müalicəsi davam etdirilir. Beyin funksiyalarının dayandığını söyləmək hələlik mümkünsüzdü'', - deyib.
Xatırladaq ki, "Kurtlar Vadisi'' serialında ''Halo Dayı'' rolunu canlandıran və çəkilişləri İspartada davam etdirilən ''Sakarya Fırat'' adlı serialda rol alan məşhur aktyor Sönməz Atasoy, 8 dekabrda infarkt keçirmiş və SDU Tibb Fakültəsi Şövkət Dəmirəl Ürək Mərkəzinə aparılmışdı.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.