Arxeoloqlar Cənubi Afrikadakı mağaraların birindən yaşı 77 min il olan ən qədim çarpayı tapıblar. Bu, əvvəl tapılmış çarpayıdan 50 min il qədimdir. Bitkilərdən hazırlanan çarpayı rahat olmaqla yanaşı, həm də ağcaqanadlardan müdafiə edirmiş.
FaktXeber.com-un verdiyi məlumata görə, beynəlxalq arxeoloqlar qrupunun Cənubi Afrikanın Kvazulu-Natal əyalətindəki Sibudu mağarasında aşkar etdikləri ibtidai insanlara məxsus çarpayının hündürlüyü 3 metrdir. O, ağac gövdəsindən, qumotu yarpaqlarından, qamışdan və otlardan hazırlanıb.
Alimlər bildiriblər ki, çarpayının yaşı çox olmasına baxmayaraq, bir o qədər də pis vəziyyətdə deyil. Onun hazırlanması zamanı material kimi həşəratları qovan iyə malik bitki növlərindən də istifadə edilib. Bunun sayəsində çarpayı mağaranın ibtidai sakinlərini həmin ərazilərdə mövcud olan çoxlu sayda ağcaqanadlardan qoruyurmuş. Yohannesburq Universitetindən alim Lin Vadlinin bildirib ki, çarpayı üçün bu yarpaqların seçilməsi ondan xəbər verir ki, Sibudu sakinləri yaxınlıqda bitən bitkilərlə yaxşı tanış imiş və onların faydalı xüsusiyyətlərinə bələd olublar.
Qeyd edək ki, bu, Sibudu mağarasında ilk iri tapıntı deyildir. Bir müddət əvvəl buradan bəşəriyyətin qədim texnologiya nümunələri, eləcə də 61 min il əvvəl hazırlanmış ən qədim sümük ox, elə həmin dövrə məxsus iynə, həmçinin, nizənin daş ucluğunu taxta ağacla (sapla) möhkəm etmək üçün təbii yapışqandan istifadənin ilk izləri və 71 min il əvvəl balıqqulağıdan hazırlanmış bəzək əşyası aşkar edilmişdi.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.