OTEL OTAĞINDAKI 100 İLAN, 70 TISBAĞA VƏ 20 QURBAĞA
Bütün bunlar Almaniyadakı bir otledə aşkarlanıb
11-12-2011 / 20:41
FaktXeber.com-un CNN-ə istinadən verdiyi məlumata görə, Almaniyanın Köln şəhərində polis oteldə qalan üç nəfəri saxlayıb. Bundan sonra onların otağına baxış zamanı oradan 100 ilan, 70 tısbağa və 20 qurbağa tapıblar.
Hadisə isə belə baş verib. Otelin xadiməsi pilləkanlarda ilan aşkarlayaraq, polis çağırıb. Otelə gələn polis üç çinlinin əşyalarını yoxlayıblar vəoradan heyvanları tapıblar. Onlar ekzotik heyvan qaçaqmalçılığı maddəsi ilə saxlanıblar. Daha sonra isə bir neçə min dollar həcmində girov müqabilində azad ediliblər.
Heyvanlar isə Köln heyvanxanasına veriliblər.
Polis hazırda bu heyvanların Almaniyaya necə gətirildiyini araşdırır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.