Analoji vəziyyəti "Sumqayıt" komandası da "Kəpəz"in başına gətirib
11-12-2011 / 18:18
Bu gün Premyer Liqanın XVI turunun son oyunları keçirilib. AZAL-a futbol dərsi keçməklə, mövsümün ən böyük hesablı qələbəsini ən məhsuldar oyunda qazanan “Neftçi” zirvədəki yerini möhkəmlədib. Oyun 7:1hesabı ilə başa çatıb. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirilən görüşdə komandanın qollarına Nuqzar Kvirtiya (dəq.3 – avtoqol), Bohadir Nasimov (dəq.11-p.; 20; 32), Cavid Hüseynov (dəq.52), Flavinyo (dəq.56) və Slavço Georgievski (dəq.77) imza atıb.
Bu qələbədən sonra xallarının sayını 34-ə çatdıran lider "Neftçi" ən yaxın izləyicisini artıq 4 xal geridə qoyur.
Bakılılar kimi “Sumqayıt Şəhər” də rəqibini biabır edib. Onların qurbanı “Kəpəz” olub. Liderin ən yaxın izləyici “İnter” isə xal itkisinə üzülüb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.