Televiziya efirinin 80 faizə qədəri kanalın öz istehsalı olan proqramlardan ibarətdir
11-12-2011 / 13:42
Azərbaycanın ilk və yeganə tibb və sağlamlıq kanalı olan “www.tvtibb.az” internet televiziyası fəaliyyətə başlayıb. Dekabrın 10-dan etibarən bu kanala internet vasitəsilə, eyni zamanda 20 min tamaşaçı baxa biləcək.
Ölkənin tibb və sağlamlıq sektorunda baş verən yeniliklər, aparılan araşdırmalar, elmi tədqiqatlar “tvtibb”in verilişlərinin əsas mövzusu olacaq. Tibbə və sağlamlığa həsr olunmuş 24 saatlıq teleyayımla bərabər, “tvtibb.az” internet portalında təbabətə və sağlamlığın qorunmasına aid hər bir sahə əksini tapacaq. Burada onlayn-məsləhət bölməsi, xəbərlər səhifəsi, tibbin bütün istiqamətlərinə aid yeniliklər və s. yerləşdiriləcək.
“Tvtibb” HD formatında işləyən müasir çəkiliş, montaj və yayım texnologiyasına malikdir. Şirkətin yayım platforması və serverləri Azərbaycanda yerləşir və “Tvtibb” mütəxəssisləri tərəfindən hazırlanıb. Kanalda səhiyyənin müxtəlif problemlərinə və tibbi mövzuların müzakirəsinə həsr olunmuş tok-şouların hazırlanması və canlı yayımı da nəzərdə tutulur. Televiziya efirinin 80 faizə qədəri kanalın öz istehsalı olan proqramlardan ibarətdir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.