FaktXeber.com-un verdiyi məlumata görə, “Netcraft” şirkəti internetdə fəaliyyət göstərən sayt və şəxsi bloqların sayı ilə bağlı yeni hesabatını açıqlayıb.
Hesabatda göstərilir ki, 2011-ci il dekabrın 1-nə olan məlumata əsasən, internetdə 555 milyon 482 min 744 sayt fəaliyyət göstərir. Bu göstərici keçən ilin noyabr ayı ilə müqayisədə 5,6 faiz artıb.
“Apache” veb-serveri bazasını 20 milyon host artırıb. Bu isə son 5 ayda böyük artımdır. Daha sonra 1,2 milyon host artım ilə “Microsoft IIS” veb-serveri gəlir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.